Kapital Bank
                        
                        
                    
                    
                    
                    Müştəri Əlaqələndiricisi (Lənkəran filialı)
Vakansiya haqqında məlumat: 
Kapital Bank namizədləri aşağıdakı filiallar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
 - Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
 - Elektron növbəlilik sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
 - Ödəniş terminalları və Q-matic cihazından istifadə qaydaları haqda məlumatların verilməsi.
 
Tələblər
- Ali təhsil
 - Azərbaycan dilində əla danışmaq qabiliyyəti
 - Ünsiyyətqurma və izahetmə qabiliyyəti
 - Operativlik və dəqiqlik
 - Məsuliyyətlilik və təzyiqədavamlılıq
 - MS Office proqramları üzrə biliklər
 
CV-lərinizi, mövzu hissəsində“Lənkəran - Məlumat Xidməti” qeyd etməklə [email protected]e-mail ünvanına göndərə bilərsiniz.
