"Google" daha bir məşhur smartfon brendini alıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Google" daha bir məşhur smartfon brendini alıb

ABŞ-ın "Google" şirkəti Tayvanın mobil cihaz istehsalçısı olan "HTC"-nin smartfon bölməsini satın alıb. "Habertürk"ə istinadən verilən məlumata görə, tərəflər arasında sövdələşmənin məbləği 1,1 mlrd. dollar təşkil edib. Bu prosesin 2018-ci ildə tamamlanması gözlənilir.

Bundan sonra "HTC"-nin 2 min əməkdaşı "Google"un işçiləri hesab olunacaqlar.

Qeyd edək ki, vaxtı ikən hər 10 telefondan 1-ni istehsal edən "HTC", artıq qlobal smartfon bazarındakı mövqeyini itirərək, yalnız 0,9% paya malikdir.

"Google" bundan əvvəl eyni satınalma əməliyyatlarını "LG" və "Motorola" markaları ilə də reallaşdırıb.

Mənbə: Report.az