SOCAR son bir ildə daxili bazarda 1,4 mln. ton benzin satıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

SOCAR son bir ildə daxili bazarda 1,4 mln. ton benzin satıb

2016-cı ilin sentyabr ayından bu ilin sentyabr ayına qədər Azərbaycanın daxili bazarına 4 216,7 min ton neft məhsulu satılıb.

Bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışındakı məqaləsində bildirib.

O qeyd edib ki, daxili bazarda satılan neft məhsullarının 1 403,5 min tonunu benzin, 573,5 min tonunu reaktiv mühərrik yanacağı, 1 221,9 min tonunu dizel yanacağı və 1 017,8 min tonunu isə maye qaz, bitum, soba mazutu və s. məhsullar təşkil edib. 

Bundan başqa, 1 206,1 min ton neft məhsulu müxtəlif ölkələrə ixrac olunub ki, bunun da 70 min tonunu reaktiv mühərrik yanacağı, 660,6 min tonunu dizel yanacağı, 214,1 min tonunu neft koksu, 261,4 min tonunu isə digər məhsullar təşkil edib. Bununla da neft emalı kompleksinin emal zavodlarında istehsal olunmuş neft məhsullarının 78%-i ölkənin daxili tələbatının təmin olunmasına yönəldirilib, 22%-i isə xaricə ixrac olunub.

Onun sözlərinə görə, neftin emal dərinliyi göstəricisi 91,5% səviyyəsində olub.

Mənbə: Report.az