Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100261S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq, 28 gün tədavül müddəti olan diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-yə istinadən xəbər verilir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 22 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 380 976 700 manat təşkil edib.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib və notların hamısı yerləşdirilib.
Qiymətli kağızların ödəmə tarixi 18 oktyabr 2017-ci ildir.
Mənbə: Report.az