Britaniyalı iş adamı Richard Branson özündə 400 şirkəti birləşdirən korporasiyanın sahibidir. Milyarder öz bloqunda məhsuldarlıq və müvəffəqiyyət sirlərini paylaşıb. İstənilən ideyanı gerçəkləşdirməyə ona ən çox kömək edən vasitə isə siyahılardır.
- Hər bir ideyanızı yazın, fərq etməz o kiçik ideyadır ya böyük.
- Həmişə yanınızda rahat informasiya (məlumat) daşıyıcısı olsun – bloknot, smartfon və ya yazmaq üçün digər vasitə. (Branson hətta idman zalına da noutbukla gedir).
- Ideyaları yazmaq üçün öz stilinizi tapın – marker, diaqram, kiçik çertyojlar və s
- Məhz bu gün yerinə yetirməli olduğunuz işlərin kiçik siyahısını hazırlayın. Bunu hər gün edin.
- Yerinə yetirilmiş hər bir tapşırığı qeyd edin.
- Özünüzə yalnız gerçəkləşdirilməsi mümkün tapşırıqlar yazın. Əgər tapşırıq mürəkkəbdirsə onun həlli üçün gərək olan zamanı da qeyd edin, mümkün qədər konkret zaman intervalı olsun.
- Gələcək üçün hədəflər qoyun. Məsələn 2020-ci ilə qədər nəyə nail olmaq istəyirsiniz.
- Siyahılara sadəcə işlə bağlı deyil, şəxsi həyatlar ilə bağlı da hədəflər daxil edin. (məsələn təhsil, ya hansısa bir əmlakın alqısı, səyahət planları və s )
- Öz planlarınız haqqında digərlərinə danışın, sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirin. Bu sizi hədəfə çatmağa ruhlandıracaq. Alınmasa şöhrətiniz zədələnəcək, ona görə də dediyinizi etməyə çalışın.
- Öz uğurlarınızı qeyd edin, çatdığınız hədəflərin dadını çıxarın və yeni gündəlik, həftəlik, illik planlar qurun.