Şirvan filialına müdir | Banco.az

Şirvan filialına müdir

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər

·         Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);

·         Məsuliyyətli olmalı;

·         Ünsiyyət qurabilmə qabiliyyəti

·         Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı

·         Bu sahədə dörd  illik təcrübəyə malik olması;

·         Filialın işlərini planlaşdırma bacarığına malik olması;

Əsas vəzifələr

  • Filiala verilmiş lisenziyaya uyğun BOKT xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
  • BOKT  tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
  • Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
  • BOKT-un İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
  • Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
  • Gün ərzində aparılan bütün əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş ofisə vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
  • Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
  • Verilmiş kredit planı hədəfini yerinə yetirməli;

CV-ləri   Şirvan  Filialına müdiri  mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət: 
Para BOKT