Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb | Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 8,5%-ə endirib.

"RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə Rusiya Mərkəzi Bankının press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 4-cü dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Alınmış qərar rublun məzənnəsinə təsir etməyib və məzənnə 57,5 RUB/USD səviyyəsində qalıb.

Mənbə: Report.az