“Bitcoin” 3,5 faiz ucuzlaşaraq, artıq beşinci gün dəyər itkisini davam etdirib.
Kriptovalyutanın dəyəri 2016-cı ildən bu tərəfə ilk dəfə ardıcıl olaraq itki ilə üzləşib.
Qeyd edək ki, buna "JPMorgan Chase & Co"nun rəhbəri CEO Ceyms Daymonun açıqlamaları da təsir edib. Belə ki, o, Nyu-Yorkda keçirilən konfransda kriptovalyutaların sonunun yaxşı olmayacağını deyib.
Mənbə: Oxu.az