"JPMorgan": "Bitcoin" narkotacirlər və qatillər üçün əlverişlidir | Banco.az

"JPMorgan": "Bitcoin" narkotacirlər və qatillər üçün əlverişlidir

"JPMorgan Chase" investisiya bankı "bitcoin" ilə ticarət edən treyderləri işdən qovacaq. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bunu bankın rəhbəri Ceyms Daymon bəyan edib.

"Bu cür treyderlər 1 saniyə ərzində işdən azad olunacaq. Bunun iki səbəbi var: birincisi, bu, bizim qaydalarımıza ziddir, ikincisi, onlar (treyderlər - red.) ağılsızdır", - deyə C. Daymon bildirib.

Bank rəhbəri "bitcoin"i "yalan" adlandırıb. Onun sözlərinə görə, "bitcoin" ətrafında yaranmış ajiotaj XVII əsrdəki "zanbaq maniyası"ndan (o zaman möhtəkirlər ucbatından zanbağın soğanağı kəskin bahalaşıb - red.) da pisdir.

Ən sərfəli kredit üçün müraciət et

"Bu kriptovalyuta ətrafında yaranmış vəziyyətin sonu yaxşı olmayacaq. "Bitcoin" narkotacirlər və qatillər üçün əlverişlidir", - deyə o bildirib.

Son 24 saat ərzində "bitcoin"in məzənnəsi 6,68% zəifləyərək 4019,19 dollar səviyyəsinə enib. "Bitcoin" bazarının kapitallaşması 66,5 mlrd. dollardır.

Mənbə: Apa.az