İyulda Azərbaycan banklarının xarici öhdəlikləri artıb | Banco.az

İyulda Azərbaycan banklarının xarici öhdəlikləri artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi məbləği avqustun 1-nə 6 891 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, iyulun 1-i ilə müqayisədə 90,6 mln. manat və yaxud 1,33% çoxdur. 

Keçən ilin analoji dövrünə nisbətən bankların xarici öhdəlikləri 442,7 mln. manat və yaxud 6,86% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə artım 5 ay davam edən azalmadan sonra baş. verib. 

"Report"un analitik qrupu bildirir ki, dollar ekvivalentində xarici öhdəliklər avqustun 1-nə 4,051 mlrd. dollar, iyulun 1-nə 3 995,3 mln. dollar olub.Yəni, dollar ekvivalentində xarici öhdəliklər aylıq 55,7 mln. dollar və yaxud 1,39% artım göstərib. Kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvar ayında qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 160,7 mln. dollar və yaxud 3,81% azalma göstərib. Manatla artıma səbəb avroda olan xarici öhdəliklərin manat ekvivalentində dəyərinin artması ola bilər.