Bankların Qurban bayramına özəl kampaniyaları | Banco.az

Bankların Qurban bayramına özəl kampaniyaları

İslam dininin bayramlardan biri olan müqəddəs Qurban bayramı ərəfəsində "Bank of Baku" və "Beynəlxalq Bank" müxtəlif kampaniyalara strat verib. Bu banklar tərəfindən elan olunmuş endirimlər və kampaniyalarla sizləri tanış edirik:

 

Bank of Baku-dan Bolkartlılara 100% Nağdlaşdırma kampaniyası!

Bank of Baku Qurban bayramı ərəfəsində Bolkart kredit kart müştərilərinin ürəyindən xəbər verəcək yeni 100% nağdlaşdırma kampaniyasına start verib.

Bolkart sahiblərinin bayramına bayram qatacaq bu kampaniyadan Bankın həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilər.

Kampaniya şərtlərinə əsasən, kart sahibi balansındakı məbləğin hamısını yəni tam 100%-ni nağdlaşdırma imkanına malik olacaq.

Nağdlaşdırma üçün yeni Bolkart kredit kartlarında 1%, köhnə Bolkart kartlarında isə 4% komissiya nəzərdə tutulub. Məsələn, köhnə Bolkart kredit kart sahibi, 1000 AZN nağdlaşdırma etsə və 10 noyabra qədər onu geri qaytarsa əlavə heç bir faiz ödəməyəcək. Sadəcə 4% nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1040 AZN ödəniş edəcək.

Yeni Bolkart kredit kartları ilə 1000 AZN nağdlaşdırma etdikdə, geri ödəniləcək əsas borc məbləği 1% nağdlaşdırma komissiyası ilə birlikdə 1010 AZN təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

 

Beynəlxalq Bankda Qurban bayramı endirimləri!

Özəl günləri müştərilər üçün daim xoş yeniliklərlə unudulmaz etməyə çalışan Azərbaycan Beynəlxalq Bankının Qurban Bayramında da onlara maraqlı sürprizləri var. Bankın bayram ərəfəsində start verdiyi yeni kampaniya müştərilərə iki imkanı birdən qazandırır.

Bunlar aşağıdakılardır:

-Depozit seyflərinin icarəsi 50% endirimlə;

-VISA/MasterCard Gold, Platinum, AMEX Gold, Green, VISA Gold Prime plastik kartlarının qiymətlərində 50%-ə qədər güzəşt. 

Kampaniya 28 avqust 2017-ci il tarixindən 31 avqust 2017-ci il tarixinə qədər keçərlidir. Müştərilər bu imkandan bankın hər bir filial və şöbəsində faydalana, eləcə də ödəniş kartlarını bu bölmədən onlayn sifariş verə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et