“Azərpoçt” MMC-nin əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilib. Qurumdan bu məlumat təsdiq olunub.
Vəzifəsindən azad edilən Fərid Hüseynovun yerinə hələ heç bir təyinat yoxdur.
Qeyd edək ki, F.Hüseynov 2012-ci ilin fevral ayından "Azərpoçt" MMC-nin əməliyyatlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Mənbə: Report.az