25 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının növbəti not emissiyası qeydə alınıb.
Notların hər birinin nominal dəyəri 100 manat təşkil edir. Məlumata əsasən 1,500,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100260S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Banco.az xəbər verir ki, sözügedən notların tədavül müddəti 28 gündür.