Telefonunuza yükləyəcəyiniz bir neçə tətbiq vasitəsilə işləmədən real pul qazana bilərsiniz. Banco.az portalı Technote-a istinadən gerçək pullar qazana biləcəyiniz 5 tətbiqi diqqətinizə təqdim edir.
Əvvəla qeyd edək ki, haqqında danışacağımız tətbiqlər sizə milyonlar qazandırmayacaq. Lakin cib xərcliyinizi təmin etmək üçün aşağıda qeyd edəcəyimiz tətbiqlərdən istifadə edə bilərsiniz. Nəzərə alsaq ki, nəticədə dollar qazanacaqsız, bu səbəblə tətbiqlərdən istifadə etməyə dəyər.
Wild Wallet
Tətbiq üzərindən video izləyib, təklif olunan yunları telefonunuza yükləyərək pul qazana bilərsiniz. Əldə etdiyiniz pulu PayPal hesabınıza köçürüb yaxud Stem və Google Play hədiyyə kartlarına çevirə bilərsiniz.
Android platforması üçün yükləmə linki.
BrandFace
Başqa bir video paylaşım tətbiqlərindən olan BrandFace tətbiqini yükləyərək brend markalaraın üzü ola bilərsiniz. Nəticədə pul qazanmaq üçün yaxşı vasitədir.
iOS platforması üçün yükləmə linki.
Android Platforması üçün yükləmə linki.
Bounty
Bounty tətbiqi ilə müqaviləsi olan şirkətlərin mağazalarına girib məhsulları test edib şəkil çəkdirib paylaşırsınız, gizli müştəri olaraq viral reklam edirsiniz. Kifayət qədər əyləncəli olan bu tətbiq vasitəsilə pul qazanmaq mümkündür.
iOS platforması üçün yükləmə linki.
Android platforması üçün yükləmə linki.
WHAFF Rewards
Google Play-in ən yaxşı pul qazandıran tətbiqlərindən biri olan WHAFF Rewards vasitəsilə yalnızca oyun oynayaraq pul qazana bilərsiniz.
Android platforması üçün yükləmə linki.
YouNow
Canlı yayım vasitəsilə istifadəçinə pul qazandıran bu tətbiqdən daha çox məşhur simalar istifadə edir. Əgər sizdə özünüzə və heyranlarınıza güvənirsinizsə istifadə edib pul qazanmağa dəyər.
iOS platforması üçün yükləmə linki.
Android platforması üçün yükləmə linki.