Türkiyədə evlər bahalaşıb | Banco.az

Türkiyədə evlər bahalaşıb

Türkiyədə iyun ayında mənzil qiymətlərində illik 12,7%, aylıq 0,98% artım qeydə alınıb.

“Report” bu barədə Türkiyə Mərkəzi Bankının bu gün açıqladığı mənzil qiymətləri indeksinə istinadən xəbər verir.

Türkiyədə ilkin mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 11,45%, əvvəlki ayla müqayisədə 0,94% artıb. İstanbuldakı mənzillər də müvafiq olaraq illik 10,5% və aylıq 0,34% bahalaşıb