Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayevin göstərişi ilə qurumun işçi heyətinin təxminən yarısı yeni kadrlarla əvəz edilib.
Bu barədə “Report”a Fonddakı mənbə bildirib.
Məlumata görə, işdən kənarlaşanlar Fondun sabiq icraçı direktoru Azad Cavadovun vəzifəyə təyin etdiyi şəxslərdir. Əvəzetmə prosesinin paralel olaraq ADİF-in ləğvedici olduğu banklarda da aparıldığı bildirilir.