İnsanlar bu yaşa çatanda işinə nifrət etməyə başlayır | Banco.az

İnsanlar bu yaşa çatanda işinə nifrət etməyə başlayır

Robert Half rekruter agentliyinin məlumatına əsasən, 35 yaşına çatmış hər 6-cı əməkdaş iş yerində özünü bədbəxt hiss edir.  Bu yaşda olan respondentlərin üçdə bir hissəsi üçün  iş daimi stress qaynağına çevrilir.

Müəyyən olunub ki, 35-54 yaşlı respondentlərin 25%-i hesab edir ki, onları lazımınca qiymətləndirlmirlər.  55 yaşlarında isə işindən məyus olanların sayı 29%-ə yüksəlir. Bundan əlavə yaşlı nəslin 14-16%-i hələ də iş yerində özünə dost tapa bilmir.

Ekspertlər hesab edir ki, işə münasibəti dəyişmək üçün iş yoldaşları ilə dostluq qurmağa çalışmaq və şəxsi layihə üzərində fokuslanmaq olar. Təhqiqatda 2 mindən çox insan iştirak edib.