Forbes jurnalına əsasən, dünyanın ən bahalı aktrisası Emma Stone seçilib. O, il ərzində $26 mln dollar qazanıb.
Bu haqda Banco.az portalı Forbesə istinadən məlumat verir.
Reytinqdə cəmi 10 xanım aktrisa yer alıb. Onların toplam gəliri $172,5 mln təşkil edib ki, bu bir il öncə ilə müqayisədə 16% aşağıdır.
Reytinqdə ikinci yerdə $25,5 Jeniffer Aniston qərar tutub, xanımın əsas gəlirləri fimlərdən deyil, müxtəlif şirkətlər ilə olan reklam müqavilələrindən formalaşıb.
İlk üçlükdə yer alan digər xanım aktrisa isə ötən ilin birincisi Jenniffer Lawrence olub, bu il onun gəlirləri 24 mln dollar təşkil edib.
Dünyanın ən yüksək qanorarlı aktrisaları
Emma Stone 26 milyon dollar
Jennifer Aniston 25.5 milyon dollar
Jennifer Lawrence 24 milyon dollar
Melissa McCartney 18 milyon dollar
Mia Kunis 15.5 milyon dollar
Emma Watson 14 milyon dollar
Charlize Theron 14 milyon dollar
Cate Blanchett 12 milyon dollar
Julia Roberts 12 milyon dollar
Amy Adams 11.5 milyon dollar