Plastik Kartlar Departamentində Mütəxəssis (risk və monitorinq üzrə) | Banco.az

Plastik Kartlar Departamentində Mütəxəssis (risk və monitorinq üzrə)

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Plastik Kartlar Departamentində mütəxəssis (risk və monitorinq üzrə) vakansiyasına işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Plastik kartlar biznesinin risklərinə və hesabatlarına dair etiraz əməliyyatları prosesinin aparılması;
• Müştərilərin sorğuları əsasında filiallardan daxil olan mübahisəli məsələlərin (bloklaşma, səhv silinmə və s.) araşdırılması;
• Risklərlə bağlı müştərilərlə əlaqə saxlanılması və riskli halların araşdırılması;
• Milli Kart prosessinq mərkəzinə risklər üzrə aylıq monitorinq hesabatların göndərilməsi;
• İRMS sisteminə daxil olan kartların gündəlik motiqorinqinin həyata keçirilməsi;
• VRM (VISA INT.) monitorinq proqramının icrasının həyata keçirilməsi;
• EMS (MasterCard INT.) monitorinq proqramının icrasının yerinə yetirilməsi;
• Bankın emissiya edildiyi kartlar üzrə dələduz əməliyyatları haqqında sistematik olaraq hesabatlarının aparılması;
• Dələduz əməliyyatların qarşısını almaq məqsədilə Fraud qaydaların hazırlanması və izlənməsi;
• VISA/MasterCard üzrə hesablanmış dividentlərə nəzarətin edilməsi.

Namizədə qarşı tələblər:

• İqtisadi ali təhsili olmalı;
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini əla səviyyədə bilməli;
• Bank işini tənzimləyən qanunvericilik və Maliyyə Bazarlarına Nəzarət Palatasının normative sənədlərinin tələblərinə yaxında bələd olmalı;
• Beynəlxalq ödəniş sistemi üzrə qaydaları bilməli;
• Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı;
• İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meyilli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
• MS office proqromlarını mükəmməl səviyyədə bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Plastik Kartlar departamentində mütəxəssis (risk və monitorinq üzrə)) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.