Dollar ucuzlaşmağa başlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dollar ucuzlaşmağa başlayıb

ABŞ-da iyul ayında istehlak qiymətləri indeksi 0,1% artım göstərib. "Report" xəbər verir ki, keçirilən sorğulara əsasən, analitiklərin əksər hissəsi isə qiymətlərdəki artımın 0,2% olacağını ehtimal edirdilər. Nəticədə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2017-ci ilin sonuna qədər artırma ehtimalı azalıb. Bu da öz növbəsində dolların məzənnəsinin qlobal valyuta bazarında düşməsinə səbəb olub. Belə ki, dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 0,5% artaraq 1,18 səviyyəsini ötüb və hazırda 1,1830 USD/EUR ətrafında qərarlaşıb.

"Report"un analitik qrupu USD/EUR məzənnəsinin ilin sonunadək 1,15-1,20 diapazonunda hərəkət edəcəyini ehtimal edir: "Dolların ucuzlaşması bir müddət sonra ABŞ-da inflyasiyanı yüksəldəcək və 2018-ci ildən etibarən dollar yenidən möhkəmlənməyə başlayacaq".