Banklarda girov olan əmlaklarının satışı məqsədilə “Hərrac Mərkəzi” yaradılıb | Banco.az

Banklarda girov olan əmlaklarının satışı məqsədilə “Hərrac Mərkəzi” yaradılıb

Azərbaycan Banklar Assosiasiyası nəzdində “Hərrac Mərkəzi” MMC yaradılıb.

APA-Economcs” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkət cari ilin mayın 22-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Yunus Abdulovdur.

Qeyd edək ki, şirkət Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdərov,  ev 1 ünvanında yerləşir.