Telefonumuzun həyatımızda nə qədər vacib yer tutduğunu bəlkə də yalnız onu itirəndə anlayırıq. Ağıllı telefonlar müxtəlif aplikasiyalar - tətbiqlər vasitəsi ilə bizə dil öyrənməyə kömək edir, gündəlik addımlarımızın sayını, qəbul etdiyimiz kalorini ölçməyə icazə verir, bu tətbiqlər bizə tanımadığımız şəhərdə rahat dolaşmağa, arzuladığımız taksinı çağırmağa və lazım olanda balansımızı artırıb, nömrəmizə pul yükləməyə, kommunal ödənişləri etməyə, kartdan karta pul göndərməyə belə imkanlar verir. Bir sözlə, hər şeydən dəyərli olan vaxta qənaət və özünə nəzarət.
Mobil bankinq tətbiqləri də həyatımızı asanlaşdırmaq üçün nəzərdə tutulub. Müasir günümüzdə Mobil bankinq xidməti getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu servis bizə banka getmədən arzuladığımız əməliyyatları aparmaq imkanı verir. Adətən bu tətbiqlərdən istifadə ödənişsiz olur, yəni tətbiqi telefona pulsuz endirirsən və illik xidmət haqqı nəzərdə tutulmur.
Mobil Bankinq ilə ölkə xaricində, yolda və ümumiyyətlə harada olmağınızdan asılı olmayaraq, öz bankınıza yaxın olursunuz, bank xidmətlərini cibinizdə daşıyırsınız.
Mobil bankinq bizə hansı imkanları təklif edir:
- Kommunal xidmətlərin ödənişi
- Mobil operator xidmətlərinin ödənişi
- İnternet provayderlər xidmətlərinin ödənişi
- Pulun kartdan karta köçürülməsi
- Kartın bloklaşdırılması
- Hesabdan çıxarışın alınması
- Kartın balansı haqqında informasiyanın alınması
Sistemin üstünlükləri
- • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
- • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
- • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
- • Banka müraciət etmədən qoşulma imkanı
- • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı
Son günlərdə bir çox bank öz mobil tətbiqini yeniləmiş və müştərilərin diqqətini onlara çəkməyə çalışır.
Banco.az hansı banklarda mobil bankinq xidmətinin olmasını və qiymətləri araşdırmışdır.
Unibank - Mobile
Kapital Bank - Mobil Bank
Beynəlxalq Bank - Mobil Bank
Yapı Kredi Bank Azərbaycan - Mobil Bank
Access Bank - Access Mobile
Aşağıdakı cədvəldə digər bankların mobil bankinq xidmətləri ilə də tanış ola bilərsiniz. Bunun üçün cədvəlin ikinci sütünundakı xanaya klik etməyiniz kifayət edir. ExpressBankdan və DəmirBankdan Banco-ya daxil olan məlumata əsasən hal-hazırda həmin bankların mobil tətbiqləri üzərində iş gedir və yoxlanma mərhələsindədir.
Bank |
Mobl bankinq |
Unibank |
|
Kapital Bank |
|
Beynəlxalq Bank |
|
Yapı Kredi Bank Azərbaycan |
|
AccessBank |
|
Bank Respublika |
|
Azər Türk Bank |
|
Bank VTB |
|
Atabank |
|
AGBank |
|
NBC Bank |
|
Bank of Baku |
|
PaşaBank |
|
Bank BTB |
|
AFB Bank |
|
Bank Avrasiya |
|
Zıraat Bank Azərbaycan |
Aktiv deyil |
Expressbank |
Test mərhələsindədir |
Dəmirbank |
Üzərində hazırlıq işi gedir |
ASB Bank |
aktiv deyil |
GünayBank |
Aktiv deyil |
Muğanbank |
Aktiv deyil |
Bank Silk Way |
|
Turanbank |
|
Rabitəbank |
|
Nikoil Bank |
Aktiv deyil |
Amrahbank |
|
Xalq Bank |