“Azər-Türk Bank”da yeni təyinat olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Azər-Türk Bank”da yeni təyinat olub

“Azər-Türk Bank” ASC-nin Maliyyə Monitorinqi və Nəzarət Departamentinə yeni direktor təyin edilib.

“Report” banka istinadən xəbər verir ki, bu, Elmar Ələkbər oğlu Ələkbərovdur.

İndiyə qədər bu vəzifəni müvəqqəti olaraq Vüsalə Oqtay qızı Kazımova icra edib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.