Azərbaycanda da yetərincə məşhur olan "Taxt oyunları" (Game of Thrones) serialının artıq 7-cü mövsümü 3 həftədir ki, start götürüb. Bu serialın müxtəlif personajları fərqli liderlik tərzləri nümayiş etdirərək, film böyu öz hədəflərinə çatmağa çalışır. Bu liderlik tərzlərinə gerçək həyatda da rast gəlmək mümkündür. Banco.az onlardan 4 ən qabarıq liderlik tərzini sizin dəqqətinizə təqdim edir.
- Gizli və məkrli lider
Serialın əsas personajlarından biri – Serseya Lannister - özünü heç də liderliyə can atan biri kimi göstərmir. Amma bu yalnız üzdə belədir. O, necə qalib gəlməyi yaxşı bilir, lakin öz hədəflərinə gizlincə nail olmaq istəyir, məsələləri pərdə arxasında həll edir. Bu üslubdan müasir liderlər geniş istifadə edir.
Araşdırmalara (İş və rifah sorğusu) əsasən, kompaniya əməkdaşlarının yarıdan çoxu hesab edir ki, onların rəhbəri açıq adamdır və daima göz qabağındadır. Lakin 32% işçi hesab edir ki, onların rəhbərləri heç də həmişə dürüst və inandırıcı deyil və 24% əməkdaş isə bildirib ki, öz top menecerlərinə etibar etmir.
Beləliklə sübut olunur ki, Serseyanın liderlik tərzi gerçəkdən mövcud olmağa layiqdir, lakin bu tərz insanlar tərəfindən çox asanlıqla sezilir. İdealda isə rəhbərlərin əməkdaşlardan sirləri olmalı deyil.
2. Ən yaxşı niyyətli, lakin saf lider
Deyeneris Tarqarian öz insanlarının xeyrinə olan düzgün qərarlar qəbul etmək istəyir, lakin gəncliyi və sadəlöhvlüyü səhvlərə gətirib çıxarır – onu tez-tez aldadırlar. Baxmayaraq ki, yetərincə müdrikliyi çatmır, o, özünü yaxşı lider kimi göstərir.
İstənilən rəhbər öz insanlarının yüksəlişinə, inkişafına və gəlirlərinin artmasına can atmalıdır. Hətta təcrübənin azlığı belə qalib gəlməyə kömək edəcək, əsas odur ki, lider ilk növbədə öz komandasının qeydinə qalsın və onun rifahını düşünsün.
3. Kobud lider
Stannis Barateon - qərarlı liderdir, o başqalarını sevmir. O çoxlu kobud və xoşagəlməz sözlər deyə bilər. Aşırı gözləntilər onu tənqifsevər edir, çünki onun üçün ən başlıcası uğurdur. Nəyin bahasına olursa olsun.
Bir çox liderlər istəyir ki, onların tabeleyində olan şəxslər yüksək nəticələrə nail olmaq üçün mümkün olan və olmayan – hər şeyi etsinlər. Amma bu zaman əməkdaşlar ilə müsbət əks-əlaqə də vacibdir. SHRM kompaniyasının əməkdaşlarının sorğusuna əsasən, 94% əməkdaş müsbət əks-əlaqənin olmasını əmək məhsuldarlığının artmasının açarı rolunu oynadığını bildirib. Yalnız 6% insan bildirib ki, işləri haqqında mənfi tənqid onlara daha yaxşı olmağa kömək edir.
Bu səbəbdən də işçiləri düzəltmək deyil, onları dəstəkləmək və təkliflərini irəli çəkmək lazımdır. Əgər işdə hər hansı bir yanlışı düzəltmək laızmdırsa o zaman neqativ yanaşma deyil, müsbət yanaşma tətbiq edin. Pozitiv yanaşma əməkdaşı daha yaxşı olmağa ürəkləndirəcək.
4. Ruhlandıran lider
Təcrübəsizliyinə rəğmən Con Snou ruhlandırmağı bacarır. O, “Bastardların döyüşü”ndə qələbə qazanaraq, öz doğma qəsrini geri qaytararaq Şimal Kralı seçilməyə müvəffəq olur. Bütün bunlar təkcə sadə insanların deyil, həmçinin də Stark ailəsinin keçmiş müttəfiqləri olan lordların da inam və etimadını qazanmaqla qazanmaqla mümkün olur.
Sorğulara əsasən, Amerkanların dörddə biri çalışdıqları kompaniyanın taleyindəki rollarının əhəmiyyətsiz dərəcədə olduğunu söyləyir. Deməli onların rəhbərlərinin düşünməli olduğu məqamlar çoxdur.
Con Snou insanlara əmr etmir, insalar özü onunla çiyin-çiyinə savaşmağa can atır. Liderlər tabeliyində olan şəxslərdən yerinə yetirilməsini gözlədiyi öhdəlikərin həllində inisiativ göstərməlidir. İnsanlar liderlərinin səylərini və əzmini görəndə, özləri də işləri yerinə yetirmək üçün səfərbər olurlar.
Mənbə: entrepreneur.com