Apple Nokiaya €1,7 mlrd ödəməli olub | Banco.az

Apple Nokiaya €1,7 mlrd ödəməli olub

Apple şirkəti patent mübahisələrinin həll edilməsi fonunda  Nokiaya €1,7 mlrd avro(təxminən $2 mlrd dollar) vəsait ödəyib. Bu haqda Banco.az portalı Nokiamob nəşrinə istinadən bildirir

2017-ci ilin ikinci rübü ilə bağlı Nokianın hesabatında (pdf) €1,7 mlrd avro məbləğində avans mədaxil ilə bağlı qeydə rast gəlmək olar. Nokiamob nəşrinin verdiyi məlumata əsasən, söhbət Apple-dan daxil olan ilkin ödənişdən gedir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Apple və Nokia arasında patentlə bağlı məhkəmə işinin başa çatması cari ilin 23 mayına təsadüf edib.  Həmin dövrdə şirkətlər uzunmüddətli lisenziya razılaşmasının imzalanmasını bəyan etmişdi. Nokia isə Appled-dan ilk avans ödənişi almalı idi, amma məbləğ açıqlanmamışdı.

Razılaşmaya əsasən Apple  Nokianın “şəbəkə infrastrukturu” məhsulları və xidmətlərindən istifadə və o cümlədən əvvəllər Withings markası ilə satılan tibbi qadcetlərin satışını həyata keçirmək hüququ əldə edib.