Mark Zuckerberg 1 gündə $2 mlrd qazandı | Banco.az

Mark Zuckerberg 1 gündə $2 mlrd qazandı

Forbesin dünya zənginlərinin gündəlik, real zamanda təqdim olunan reytinqinə əsasən, ötən günün qalibi Mark Zuckerberg-dir. Onun sərvəti ötən gündən bəri 2,9% artaraq, $70.9 milyard dollara çatıb.

Səbəb isə Facebook-un səhmlərinin qiymətindəki artımdır. Ötən gün səhmlərin dəyəri  2.92% artaraq, $170.44 dollara yüksəlib. Şirkətin bazar dəyəri 493,97 milyard dollar təşkil edir.  Qiymət artımına, ilin ikinci rübü ilə bağlı müsbət nəticələr təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

Mark Facebook-un əsasını 2004-cü ildə qoyub, ailəlidir və 1 övladı var. Yaratdığı şirkətin səhmlərinin dəyəri yüksəldikcə, o özünü dünyanın ən zəngin insanlarının sırasında tapıb. Hazırda dünyanın beşinci ən zəngin insanıdır.

Qeyd edək ki, Mark Zuckerberg bu il uzun müddətlik fasilədən sonra Harvard məzunu olub.