Azərbaycanda turistlərin valyuta dəyişməsində problemlər var? | Banco.az

Azərbaycanda turistlərin valyuta dəyişməsində problemlər var?

Bu gün Azərbaycanda turistlərin valyuta dəyişməsi ilə bağlı heç bir problem yoxdur.

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl turistlər, xüsusilə iranlı turistlər üçün belə bir problem var idi: “Lakin problem aradan qalxıb. Artıq turistlər üçün hotellərdə valyutadəyişmə terminalları quraşdırılıb”.

N.Bağırov deyib ki, bu gün hotellər yalnız xidmət səviyyəsini qaldırmayıblar, həm də xidmətlərinin növlərini artırıblar: “Turistlərin çoxlu sualları olur. Onları hara səfər etməklə bağlı məlumatlar maraqlandırır. Artıq hotellərin qeydiyyat şöbələrində turistlərin məlumatlılıq səviyyəsini qaldırmaq üçün daha çox broşürlər qoyulur”.

Ən sərfəli kredit üçün müraciət et

N.Bağırov hotellərdə yerləşən turistlər üçün turların təşkil olunması imkanlarının da artdığını söyləyib.

Hotellərin özlərinin ekskursiya proqramlarının olduğunu deyən N.Bağırov qeyd edib ki, bəzən müştəri başqa tur sifariş etmək istədikdə hotel nümayəndələri turizm şirkəti ilə əlaqə saxlayaraq, həmin turistlər üçün bu imkanları yaradırlar.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et