Dünyanın ən aktiv və ən passiv ölkələri (infoqrafika) | Banco.az

Dünyanın ən aktiv və ən passiv ölkələri (infoqrafika)

İnsanların “ağıllı telefonlarından” istifadə edərək, Stanford Universitetinin alimləri dünyanın ən aktiv millətlərini müəyyən etmək üçün “planetar miqyasılı” araşdırma gerçəkləşdirib.

Banco.az portalı Forbesə istinadən məlumat verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyi öz ölkəsinin vətəndaşlarına sağlam olmaq üçün gün ərzində 8000 – 10000 arası addım atmağı – piyada gəzməyi tövsiyə edir.  Böyük Britaniyanın artıq çəki üzrə Milli forumu isə gün ərzində 7000 -10000 addım atan şəxsi kifayət qədər fəal insan hesab edir.

Stanford alimləri 68 milyon insanın gündəlik nəticələrini analiz edərək, dünya üzərində insanların orta hesabla  4961 addım atdığını müəyyən edib, bu isə tövsiyə olunan rəqəmlərdən çox azdır. Hon Kong, ortalama 6880 addımla birincidir, siyahıda sonuncu isə 3 513 addım ilə İndoneziyadır.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı infoqrafıka isə dünyanın bəzi böyük ölkələrinin nəticələrini əhatə edir. Çin 6,189 addım göstəricisi ilə Yaponiyanı (6019) nisbətən qabaqlayır. Amerikanlar isə müqayisədə daha təmbəl görünür –  gün ərzində ortalama 4774 addım.