Əhali gəlirlərinin yalnız 3%-ni yığıma yönəldir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Əhali gəlirlərinin yalnız 3%-ni yığıma yönəldir

Bu ilin birinci yarısında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 23 526,7 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 422,9 manat təşkil edib.

“Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövr ərzində gəlirlərin 86,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf ediib, 3,3%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21 526,8 mln. manat vəsait qalıb.

Mənbə: Report.az