"Fitch" Asiya İnfrastruktur İnvestisiyaları Bankına ən yüksək reytinqi verib | Banco.az

"Fitch" Asiya İnfrastruktur İnvestisiyaları Bankına ən yüksək reytinqi verib

"Fitch" beynəlxalq reytinq agentliyi Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) uzunmüddətli öhdəlikləri üzrə reytinqini "AAA+", qısamüddətli öhdəlikləri üzrə isə "F1+" səviyyəsində təsdiqləyib.

Mümkün olan ən yüksək reytinq üzrə proqnoz stabildir.

"Bu reytinq bankın mövcud və gözlənilən güclü tərəflərini əks etdirir. Bankın kifayət qədər güclü kapitallaşmaya malikdir. Bankın güclü və keyfiyyətli menecmentə malik olması riskləri minimuma endirir", - deyə agentliyin açıqlamasında qeyd edilib.

Asiya İnfrastruktur İnvestisiyaları Bankı 2015-ci ildə Çinin təşəbbüsü ilə təsis olunub. Maliyyə təşkilatının nizamnamə kapitalı 100 mlrd. dollara bərabərdir. Bankın ən iri səhmdarları Çin (26,06%), Hindistan (7,5%) və Rusiyadır (6%). Hazırda 57 ölkə bankın üzvüdür.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan banka 2016-cı ilin iyulun 24-də üzv olub. Ölkəmizin bankın nizamnamə kapitalında iştirak payı 0,2732% (254,1 mln. dollar) təşkil edir.

Onu da qeyd edək ki, AİİB TANAP layihəsinə 600 mln. dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Mənbə: Apa.az