Baffet $3,2 milyard vəsaiti xeyriyyəçiliyə bağışlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Baffet $3,2 milyard vəsaiti xeyriyyəçiliyə bağışlayıb

“Omaxadan olan Orakul”  zaman ötdükcə bütün sərvətini xeyriyyəçiliyə bağışlamaq niyyətindədir. Forbesin hesablamalarına görə, sərvətin iyulun 10-una olan dəyəri $76,3 milyard dollar təşkil edir.

Uorren Baffet, zamanın və bəşər tarixinin ən dahi investorlarından biri, 12-ci dəfə illik yay pul bağışlanmasını həyata keçirib, ona aid dəyəri $3,17 milyard dollar həcmində olan Berkshire Hathaway səhmlərini xeyriyyə fonduna bağışlayıb. Bu haqda Banco.az Forbes-ə istinadən məlumat verir.

İanənin həcmi biznesmen üçün rekord miqdarda olub  - ötən ilki bəxşiş $2,86 milyard həcmində idi. Məbləğin artımının səbəbi – kompaniyanın səhmlərinin dəyərinin il ərzində, keçən ilin iyulundan bəri 17% artması ilə bağlıdır. Banco.az məlumat verir ki, səhm paketinin həcmi eyni qalsa da, səhmlərin qiyməti $170,25 dollara yüksəlib. Bağışlanan səhm paketi 18,62 mln B klassından olan səhmdən ibarətdir.

Vəsaitlərin böyük qismi Bill və Melinda Gates tərəfindən təsis olunmuş fonda verilib.  Təşkilatın əsas məqsədi bütün dünya üzrə yoxulluq ilə mübarizə, ABŞ-da təhsil keyfiyyətinin yaxşılaşdırılması və HİV, poliomelit və malariya kimi yolxucu xəstəliklərə qarşı mübarizədir.