İyul ayının 1-nə idxal əməliyyatları üzrə 3 milyard 409 milyon 673.65 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 15.72% azalmışdır), ixrac əməliyyatları üzrə 5 milyard 268 milyon 749.15 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 36.45 % artmışdır) dövriyyə qeydə alınıb.
Ət idxalı artıb
Bu ilin 6 ayında ölkəyə 624 192.99 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə statistik dəyər baxımından 4,28 faiz artım deməkdir. Xatırladaq ki, 2016-cı ilin 6 ayında ölkəyə 598 549.55 min dollar dəyərində yeyinti məhsulları gətirilmişdi.
Nəzərə çatdıraq ki, yeyinti məhsullarının sırasında ölkəyə ət idxalının kəskin artdığı məlum olur.
Malın adı |
2016-cı ilin ilk 6 ayı ərzində Miqdar |
2017-ci ilin ilk 6 ayı ərzində Miqdar |
2016-cı ilin ilk 6 ayının idxalına nisbətən %-lə |
Ət |
11 337.52 |
23 677.25 |
208.84 |
Süd, ton |
2 306.97 |
3 656.99 |
158.52 |
Kərə yağı və süddən hazırlanmış digər yağlar, ton |
7 801.71 |
7 767.35 |
99.56 |
Meyvə-tərəvəz, ton |
194 939.85 |
173 612.60 |
89.06 |
Buğda, ton |
682 752.65 |
442 085.35 |
64.75 |
Çay, ton |
5 536.92 |
5 423.33 |
97.95 |
Şəkər, ton |
131 383.31 |
149 087.39 |
113.48 |
Onu da bildirək ki, bu ilin 6 ayında ölkəyə 72 454.25 min dollar dəyərində tütün və tütün məmulatları gətirilib. Statistik dəyər baxımından tütün məmulatlarının idxalı 1.57 faiz artıb.
Neft məhsullarının ixracı azalıb
Cari ilin 6 ayında ölkədən 10 642 095.94 ton xam neft ixrac edilib. Neft ixracı 8.79 faiz azalıb. Neft məhsullarının ixracı isə 2016-cı ilin ilk 6 ayının ixracına nisbətən 56.7 faiz az olub. Təbii qaz ixracı isə 4 dəfə artıb.
Malın adı |
2016-cı ilin ilk 6 ayı ərzində Miqdar |
2017-ci ilin ilk 6 ayı ərzində Miqdar |
2016-cı ilin ilk 6 ayının idxalına nisbətən %-lə |
Xam neft, ton |
10 642 095.94 |
9 707 174.36 |
91.21 |
Neft məhsulları (2710 mal kodu üzrə), ton |
878 158.08 |
380 224.64 |
43.30 |
Təbii qaz, min kub metr |
664 086.82 |
3 180 646.82 |
478.95 |
Elektrik enerjisi, min kVt/saat |
149 622.76 |
584 427.36 |
390.60 |
Meyvə-tərəvəz, ton |
165 765.89 |
264 708.59 |
159.69 |
Çay, ton |
605.73 |
874.32 |
144.34 |
Pambıq lifi, ton |
2 900.45 |
17 225.66 |
593.90 |
Mənbə: Oxu.az