Baffet energetika nəhəngi "Oncor"u $18 milyarda almağa hazırlaşır | Banco.az

Baffet energetika nəhəngi "Oncor"u $18 milyarda almağa hazırlaşır

Əgər razılıq əldə olunarsa bu, “Berkshire Hathaway”-ın tarixində üç ən böyük sövdələrdən biri olacaq

Uorren Baffetin (sərvətinin miqdarı $75,6 milyard dollar) təsisçi olduğu Berkshire Hathaway fondunun Enerji bölməsi,  dünya elektrotexnika nəhəngi Electric Delivery Company LLC şirkətini 18 milyard dollara almağa hazırlaşır. Banco.az portalı "Reuters"ə istinadən bildirir ki, bunun nəticəsində elektrik enerjisi sahəsi holdinqin fəaliyyətində əsas istiqamətə çevriləcək.

Baffet – Texasın requlyatorları ilə razılığa gəlməyə çalışaraq, “Oncor”u almağa cəhd edən heç də ilk investor deyil. Bundan öncə Texas artıq iki kompaniyaya “yox” deyib. Xüsusi ilə də, NextEra Energy Inc, elektrik nəhəngini $18,4 milyard dollara almaq niyyəti ilə bağlı müraciət etmiş, lakin imtina ilə üzləşmişdi. Requlyatorlar bu imtinanın səbəbini təklifin cəmiyyətin mənafeyinə uyğun olmaması ilə izah etmişdilər

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda iflas durumunda olan Energy Future Holdings Corp-un aktivləri içərisində ən dəyərlisi məhz ”Oncor”  hesab olunur. Kompaniyanın borcları $50 milyard dollar həcmində qiymətləndirilir. Əgər Oncor satılarsa, Energy Future borclarını restrukturizasiya edə bilər. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et