“Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin üzvü işdən çıxıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin üzvü işdən çıxıb

Bank VTB (Azerbaijan)” ASC-nin İdarə Heyətinin (İH) üzvü İqor Anatolyeviç Okayev işdən çıxıb.

Bu barədə “Report” Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb. Qeyd edək ki, İ.Okayev 2016-cı ildən “Bank VTB (Azerbaijan)”ın rəhbərliyində təmsil olunurdu.

Hazırda Bankın İH-nə Yevgeni Anatolyeviç Kirin rəhbərlik edir. İH-nin digər üzvü isə Vadim Aleksandroviç Klimenkodur.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin də 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İH-nin sədri) məxsusdur. 

report.az