SOCAR-ın ölkələr üzrə gəlirləri açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

SOCAR-ın ölkələr üzrə gəlirləri açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 70% artaraq 40,438 mlrd. manat təkil edib.

Bu barədə şirkətin 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub. Hesabat “Ernst&Young”a (EY) şirkəti tərəfindən audit olunub.

Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 78%-ni təşkil edib.

SOCAR-ın Azərbaycandakı gəlirləri 12% artaraq 5,171 mlrd. manat, Türkiyədə - 35% artaraq 3,479 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) - 22% artaraq 1,156 mlrd. manat, Gürcüstanda - 40% artaraq 1,046 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 71% artaraq 615 mln. manat təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR-ın məcmu gəlirləri 57% artaraq 51,905 mlrd. manat olub.

Mənbə: Report.az