4 iyul və ABŞ haqqında maraqlı faktlar | Banco.az

4 iyul və ABŞ haqqında maraqlı faktlar

Bu gün ABŞ-da Müstəqillik Günü qeyd edilir

Müstəqillik gününün tarixi - 1776-cı il iyulun 4-də Konqres Filadelfiyada “İstiqlaliyyət Bəyannaməsi"nin qəbul edilməsi ilə bağlıdır. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini vermişdir. Üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılaraq, yeni və müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları halında birləşirdiş 

ABŞ bəzilərinin xəyalı, kiminin isə qorxunc yuxusudur. 4 iyul ilə əlaqədar olaraq, Banco.az ABŞ-haqqında deyilən bəzi maraqlı məlumatları sizə təqdim edir.

Amerika haqqında müxtəlif məzəli faktlar və şaiyələr bəllidir. 

1. ABŞ dünyada insan hüquqlarının qoruyucusu kimi çıxış etsə də, ABŞ-ın özündə insanların hüquqları ən kobud formalarda pozulur. Məhbus sayına görə bu ölkə dünyada liderdir. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.

2.  Mütləq hər 8 Amerika vətandaşından biri McDonalds şirkətində çalışmışdır.

3. Hər 3 Amerikalıdan biri yadplanetlilərin gəlib getdiyinə inanır.

4. 1 Amerikalının istehlak etdiyi yemək, 32 Kenyalının istehlak etdiyi miqdara bərabərdir.

5. Hər gün 4000 kvadrat metr pizza istehlak edilir.

6. Hər gün 22 milyon toyuq istehlak edilir.

7. Təxminən 88 şagird hər həftə sinifə silah gətirir.

Ən sərfəli kredit üçün müraciət et

8. Amerikalıların 25%-dən zəngin olmanız üçün 10 dollarınızın və heç kimə borcunuz olmaması kifayətdir.

9.  Amerikalıdan haralı olduğunu soruşsanız, o, doğulduğu ştatın adını deyəcək.

10. Amerikalı heç vaxt valideyn pullarına arxalanmır.

11. Qanunun hər bir hərfi müqəddəsdir.

12. Ölkədə güllər çox ucuzdur, bu səbəbdən qadınlara gül hədiyyə etmirlər.

13. Küçədə tanışlıq məqsədəuyğun deyil.

14. Amerikalı nə olur-olsun öz ideyasını reallaşdırmağa çalışır.

15. Amerikalılar başqa ölkədə məşhurlaşan həmyerliləri ilə fəxr edir.

16. Qızlar uşaqlıqdan ciddi şəkildə tərbiyə olunur. Onlara müstəqil və özünəəmin olmaq aşılanır.

17. Arıqlamağı bacaran insanlar tezliklə məşhurlaşır.

19. Amerikalılar xırda və gülünc səbəbdən məhkəməyə müraciət edərək, təzminat almağa meyllidir.

20. Amerikalılar hesab edir ki, dünyada hər kəs ingiliscə danışa bilir.

21. Amerikalılar valideyn və qohumlarla yaşamaqdan qaçır.

22. Amerika biznesin başladılması üçün ideal yerdir. Bu, çox az əziyyət tələb edir.