Bağlanmış banklardan qalan avadanlıqlar satılır | Banco.az

Bağlanmış banklardan qalan avadanlıqlar satılır

Bağlanmış bankların inkassator maşınları, qeyri-yaşayış binaları və bankomatlar satışa çıxarılıb

Ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin balansındakı 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsi, “Royalbank” ASC-nin balansındakı qeyri yaşayış binası və avtomobil, “Gəncəbank” ASC-nin balansındakı qeyri yaşayış binası və “Atra Bank” ASC-nin balansındakı 7 ədəd bankomat hərrac yolu ilə satışa çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, maraqlanan şəxslər daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərlər.