RabitəBank öz heyətinə yeni Baş əməliyyatçı / əməliyyatçı axtarır.
Namizəd aşağıdakı vəzifələrin icrasına görə məsuliyyət daşıyır:
Əsas vəzifələr:
Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat verir;
Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır ;
Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatların hazırlayır;
Əmanət hesabı, kommunal ödəniş, SPK, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirir;
Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəcamların silinməsini yoxlayır;
Keçirilən layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
Müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;
Əməliyyatlar üzrə sənədləşmənin tamlığına məsuliyyət daşıyır;
Kassanın açılıb, bağlanılmasında və açarın saxlanılmasında iştirak edir
Marketinq məhsullarının (poster, flayer və digər promo materialların) kifayət sayda olmasını təşkil edir;
Filialdaxili arxiv işinin aparılmasını təmin edir;
İşinin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər verir.
Namizədə olan tələblər:
Ali təhsil (iqtisadi olması arzuolunandır)
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur.