Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 387,5 mln. manat təşkil edib.
Hərracda tələb təklifi 1,94 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 10,04% təşkil edib.