Rusiyada dollar 60 rubl həddini ötüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rusiyada dollar 60 rubl həddini ötüb

Rusiyanın nağd valyuta bazarında son günlər sürətlə bahalaşan ABŞ dollarının məzənnəsi bu gün kritik hədd - 60 rublu ötüb. 

Rusiyada dolların məzənnəsinin artmasına səbəb son günlər qlobal bazarda neft qiymətlərinin azalması, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi və xarici portfel investisiyalarının tədricən Rusiya maliyyə bazarlarından çıxması amilləri göstərilir. 

"Report"un analitik qrupu bildirir ki, Rusiyada dolların 62-63 rubla qədər bahalaşması, ilin sonuna qədər isə 57-63 rubl diapazonunda hərəkət etməsi gözlənilir. Qeyd edək ki, bu il Rusiyada dolların məzənnəsinin minimal həddi 55,72 rubl təşkil edib. Maksimal həddə isə ilin ilk iş günü - 61,2864 rubl səviyyəsində qeydə alınıb. Hazırda dollar nağd valyuta bazarında 60,1511 rubla satılır.