Unutqanlığı səbəbindən avtobusda milyard dollarlıq ideya tapdı | Banco.az

Unutqanlığı səbəbindən avtobusda milyard dollarlıq ideya tapdı

Ən yaxşı fikirlər hər zaman ehtiyacları ödəyənlərdir. Dropbox qurucusu Drew Houston da bu cür fikirlərdən biri ilə zəngin olub.

Drew Houston 2007-ci ildə Dropbox adlı servis yaratdığında hələ heç kim adını bilmirdi. 2014-cü ildə isə şirkətin dəyəri 10 milyard dollara qədər yüksəlmişdi. Hazırda 500 milyondan çox istifadəçisi olan və illik gəliri 1 milyarddan çox olan bir şirkətdir. Servis istidadəçilərinə çox praktik şəkildə bulud texnologiyası üzərində qurulmuş xidmət təqdim edir.

Houstonun Dropboxun yaranma tarixi haqqında söylədikləri:

“Bütün faylları bir yerdən başqa bir yerə köçürmək üçün hər zaman yaddaş kartı daşıyırdım. Bundan başqa vacib faylları öz e-poçtuma atırdım, beləliklə özümə praktiki yolu seçmişdim. Bir gün Bostondan Nyu Yorka avtobusla gedən zaman fayllarımı yüklədiyim USB kartımı evdə unutdum. Çox əsəbləşmişdim. Çünki, bunu artıq tez-tez təkrarlamağa başlamışdım.”

Ən sərfəli kredit üçün müraciət et

Drew Houston həmin andan etibarən artıq daha praktiki bir fikir yaradır. Ağlındakı fikirləri həyata keçirmək üçün kod yaz başlayır. Yazdığım kodların nə olacağı barədə heç bir fikrim yox idi” deyir. Ancaq bu kodlaşdırma böyük bir yaddaş sisteminin yaranmasına səbəb olur. Qurduğu şirkət daha sonra Y Combinatordan ilk milyon dollarlıq investisiyasını alır.

Dropbox hazırda ən çox istifadə edilən fayl saxlama xidmətlərindən biridir. Bu da ən yaxşı fikirlərin hər zaman insanların ən lazımi ehtiyacları ucbatından yarandığını göstərir.

Mənbə: Bizplus.az