Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6930 AZN, ən sərfəli satış məzənnəsi isə 1,695 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Azər Türk Bank” və “Günay Bank”dadır. Bu banklarda dolların alışı 1,6930 AZN təşkil edir. Sərfəli satış isə “DəmirBank”da aparılır. Bankda dolların məzənnəsi 1,695 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Amrahbank” və “Günay Bank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu banklarda 1,894 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Azərbaycan Beynəlxalq Bankı”ndadır - 1,8971 AZN.
Mənbə: Oxu.az