Azərbaycan Gürcüstanın ən iri investoru ünvanını qoruyur | Banco.az

Azərbaycan Gürcüstanın ən iri investoru ünvanını qoruyur

2017-ci ilin yanvar-mart ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan investisiya həcminə görə Azərbaycan liderdir.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlarda deyilir.

Hesabat dövründə Azərbaycan Gürcüstana 97 mln. dollar yatırıb. Maraqlıdır ki, Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 30% azalıb.

Azərbaycanın ardınca Türkiyə və Böyük Britaniya qərarlaşıb ki, bu ölkələrin Gürcüstan iqtisadiyyatına yatırımlarının həcmi müvafiq olaraq 82 və 80 mln. dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvar-mart ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 403 mln. dollardır.