Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
AMB-yə istinadən xəbər verilir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,3 dəfə çox – 665,2 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.
Mənbə: Report.az