Funt sterlinq 2%-ə yaxın ucuzlaşıb | Banco.az

Funt sterlinq 2%-ə yaxın ucuzlaşıb

Böyük Britaniyada keçirilmiş parlament seçkilərinin nəticələrinin qeyri-rəsmi açıqlanmasından sonra funt sterlinqin məzənnəsi kəskin zəifləyib. 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, ingilis pulu dəyərini 2%-ə yaxın itirərək 1,27 ABŞ dollarına bərabər olub. Məzənnənin 1,24-ə qədər geriləyəcəyi istisna edilmir. 

İyunun 13-14-də isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək və bu iclasda uçot dərəcəsinin artırılacağı gözlənilir. Bu da öz növbəsində dolların bahalaşmasına, funt sterlinqin isə ucuzlaşmasına gətirib-çıxara bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ən son məlumata görə, seçkilərdə Mühafizəkarlar Partiyası 291 yer, İşçi Partiyası isə 249 yer qazanıb. Şotlandiyanın Milli Partiyası 33, Liberal-Demikrat Partiyası isə 10 yerə sahib olub. Böyük Britaniyanın "Sky News" telekanalının proqnozlarına görə, mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etməyəcək. Bu da o deməkdir ki, parlamentdə qeyri-müəyyən vəziyyət yaranacaq. 

Mənbə: Report.az