AİF 10 mln. manatlıq istiqraz yerləşdirib | Banco.az

AİF 10 mln. manatlıq istiqraz yerləşdirib

Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) 10 mln. manatlıq faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının (ISIN nömrəsi AZ2017008684) yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, nominal dəyəri 1 000 manat olan qiymətli kağızlar1 005,25 manat qiyməti ilə satışa çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

İsiqrazlar üzrə toplanmış tələbin həcmi 10 mln. manat təşkil edib və hərraca çıxarılmış qiymətli kağızlar tam yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü olan “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-ci ildir.