Ölkədən valyuta çıxarılmasına nəzarət gücləndirilir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ölkədən valyuta çıxarılmasına nəzarət gücləndirilir

“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir. Qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur.

“Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Dəyişiklik layihəsi parlamentin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Mənbə: Azvision