“Günay Sığorta” yeddi nümayəndəliyini bağlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Günay Sığorta” yeddi nümayəndəliyini bağlayıb

“Günay Sığorta” ötən il yeddi nümayəndəliyini bağlayıb.

Bu barədə şirkətin hesabatında bildirilib.

Məlumata görə, 2016-cı ildə “Günay Sığorta” Gəncə, Şəki, Sumqayıt, Xaçmaz, Yevlax və Lənkəranda bir nümayəndəliyini bağlayıb. O cümlədən, sığorta şirkətinin İsmayıllı nümayəndəliyi ləğv edilib.

Qeyd edək ki, “Günay Sığorta”nın hazırda Xaçmaz, Şəki, Gəncə, Yevlax, Lənkəran, Şamaxı, Xudat və Qubada bir, Sumqayıtda isə iki nümayəndəliyi fəaliyyət göstərir.   

Mənbə: Oxu.az