Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

06 iyun 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012546 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən 25 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 51,712,200.00 AZN təşkil etmişdir.

Sifarişlər 96.0199 AZN (16.8105%) və 97.0951 AZN (12.1334%) qiymət intervalında təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 97.0100 AZN (12.4998%), orta ölçülmüş qiyməti 97.0243 AZN (12.4382%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.06.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10,000,000.00 AZN təşkil edilmişdir.  

İstiqrazların ödəmə tarixi  05.09.2019-ci  ildir.