Azərbaycanda adambaşına əmanətin həcmi 21% azalıb | Banco.az

Azərbaycanda adambaşına əmanətin həcmi 21% azalıb

Azərbaycanda adambaşına düşən bank əmanətlərinin həcmi son bir ildə 21% azalaraq 2017-ci il aprelin 1-nə 410 ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, adambaşına düşən əmanətin həcminə görə bölgədə lider ölkə Türkiyədir (5 514 dollar). Son bir ildə bu ölkədə adambaşına əmanətin həcmi 7% azalıb. Buna əsas səbəb kimi Türkiyədə dolların məzənnəsinin illik müqayisədə 28%-ə yaxın düşməsi amilini göstərmək olar.

Xatırladaq ki, hər hansı bir ölkədə yerli valyutanın möhkəmlənməsi çox vaxt dollar ekvivalentində əmanətlərin həcminin artmasına gətirib çıxarır.

Ən sərfəli kredit üçün müraciət et

Adambaşına əmanət həcminin son bir ildə ən çox artdığı ölkə isə Qazaxıstan olub. Bu ölkədə dollar illik müqayisədə 9,7% ucuzlaşıb və adambaşına düşən əmanətin həcmi 23% artaraq 1 356 dollara yüksəlib.

Ən sabit göstərici İranda qeydə alınıb. Bu ölkədə son bir ildə dollar 7,3% bahalaşıb, əmanətin adambaşına həcmi isə 7% artıb. Yəni, real olaraq dəyişiklik olmayıb.

Qeyd edək ki, Azərbaycanda isə dolların 13,2% bahalaşması ilə yanaşı adambaşına düşən əmanətin həcmi 21% azalaraq 410 dollara geriləyib. 

Report.az